"Oyunun çətin olacağını başa düşürdük. "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Bunun üçün də aqressivləşmişdi. İlk hissədə pis oynamadıq və qol vurduq. Amma ikinci yarıda öz səhvimizdən top buraxdıq. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".
Offsideplus.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdiyi Premyer Liqanın XX tur oyunundan sonra deyib.
42 yaşlı mütəxəssis bildirib ki, turnir cədvəlində istədikləri yerdə deyillər: "Hər oyuna final matçı kimi çıxacağıq. İtiriləsi heç nəyimiz yoxdur. Fasilədə oyunları analiz edib, səhvlərimizi aradan qaldırmağa çalışacağıq".(https://report.az)