Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov zədə səbəbindən bir müddətlik sıradan çıxıb.
Komandanın Qəbələdəki ilkin toplanışı zamanı zədə alan futbolçunun durumunun ciddi olduğu üzə çıxıb. Həkimlər yarımmüdafiəçinin 3 həftə məşq edə bilməyəcəyini açıqlayıb. Cavid komandanın Sloveniya toplanışında iştirak edə bilməyəcək.
Qeyd edək ki, təcrübəli futbolçu bu gün MOİK-lə yoxlama matçını kənardan izləyib. (sportal.az)