"Nyukasl" Türkiyə millisinin və "Trabzonspor"un qapıçısı Uğurcan Çakırı transfer etməyə yaxındır.
Offsideplus.az "TV100" istinadən xəbər verir ki, "sağsağanlar" 25 yaşlı qapıçı üçün "bordo-mavililər"ə 26 milyon avro təklif edib. Bir sıra məşhur klubların transfer siyahısında olan gənc qolkiperin karyerasını İngiltərədə davam etdirəyi gözlənilir.
Həmçinin, "Nyukasl"ın ərəbistanlı prezidenti Bin Salmanın Türkiyə ilə dostluq əlaqələrinin olması, bu keçidin reallaşmasına yol açır.
Qeyd edək ki, Uğurcan bu mövsüm Qara dəniz təmsilçisinin heyətində 32 qarşılaşmada qapını qoruyub.