Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə, "Sabah" "Keşlə"nin qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda isə "Qarabağ" "Qəbələ"ni qəbul edib. Oyun Ağdam klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

6 mart (bazar)

19:15.“Qarabağ” – “Qəbələ” - 5:1

Qollar: Kadi Borqes, 16 , İsnik Alimi, 40-pen., Vadji İbrahima, 50, Kevin Medina, 65, Filip Ozobiç, 68, Abdullah Zubir, 88  

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Azersun Arena"

17:00.“Keşlə” – “Sabah” - 0:1

Qol: Zurab Oçiqava, 89
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
“ASK Arena”

5 mart (şənbə)

“Neftçi” – “Səbail” - 2:0

“Zirə” – “Sumqayıt” - 1:0

eee

Bombardirlər:

Davit Volkov ("Zirə") - 10 qol 

Coy-Lens Mikels ("Sabah") - 7 qol

Abdullah Zubir ("Qarabağ") - 7 qol

Filip Ozobiç ("Qarabağ") - 7 qol

Musa Qurbanlı ("Qarabağ") - 6 qol

Ülvi İsgəndərov ("Qəbələ") - 6 qol

İsnik Alimi ("Qəbələ") - 5 qol

Felipe Santos ("Keşlə") - 5 qol

Rafael Utziq ("Qəbələ") - 5 qol