Belarusun futbol üzrə milli komandaları və klubları UEFA bayrağı altındakı bütün oyunlarını neytral meydanda və azarkeşsiz keçirmək məcburiyyətində qalıblar.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Qərar dərhal qüvvəyə minib.
Qeyd edək ki, Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən biri də Belarus komandasıdır. Bununla da Belarus və Azərbaycan yığmaları arasındakı oyunun da yeri dəyişdiriləcək.
Xatırladaq ki, iyun ayının 6-da keçiriləcək Belarus - Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Hazırda bu görüşün hansı ölkədə təşkil olunacağı bilinmir. Belarus yığması iyunun 10-da Qazaxıstan/Moldova cütünün qalibini, sentyabrın 25-də isə Slovakiyanı qəbul edəcək.