"Qarabağ" Emil Balayevlə yolları ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin müqaviləsənə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Balayev 2020-ci ildən Ağdam təmsilçisində çıxış edirdi.
Emilin Qazaxıstanın "Turan" klubuna keçəcəyi bildirilib.