“Keşlə” klubunun adı rəsmən dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.
O bildirib ki, “Keşlə” artıq “Şamaxı” adını daşıyır: “Klub hüquqi cəhətdən adını dəyişib, Ədliyyə Nazirliyindən qeydiyyatdan da keçib”.
Klubun Premyer Liqada nə vaxtdan “Şamaxı” adı altında çıxış edəcəyi ilə bağlı sualımızı isə mətbuat xidmətindən bu cur cavablandırıblar: “Bəli, klubun adı artıq “Şamaxı”dır. Sadəcə, proseslərin yekunlaşması üçün sənədləşməni gözləyirik. Çempionatda yeni ad altında çıxış etməklə bağlı Peşəkar Futbol Liqasına müraciət etmişik, sənədləşmə işi gedir. Yəqin ki, yaxın vaxtlarda hər iki tərəfdən rəsmən elan olunacaq”.
Qeyd edək ki, komanda növbəti oyununu martın 6-da Premyer Liqanın XVIII turu çərçivəsində “Sabah”a qarşı keçirəcək. ( apasport.az )