Bir dönəm "Qalatasaray" və "Trabzonspor"da çıxış etmiş Riqobert Sonq məşqçi işləyəcək.

 Offsideplus.az xəbər verir ki, 45 yaşlı veteran müdafiəçi Kamerun millisini çalışdıracaq. Lakin onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb. O, bu postda portuqaliyalı mütəxəssis Toni Koneiçaonu əvəz edib.

Qeyd edək ki, Sonq Kamerun yığmasının heyətində 137 oyunda meydana çıxıb və 4 qol vurub.

Xatırladaq ki, o, "Qalatasaray" və "Trabzonspor"la yanaşı, karyerası ərzində "Liverpul", "Köln", "Vest Hem", "Salernitana", "Metz" və "Lans" formaları geyinib. Bunu da bildirək ki, Kamerun Futbol Federasiyasının hazırkı prezidenti sabiq futbolçu Samuel Etodur.