"Rəqibin müdafiəsini yarmaq çətin oldu".
Offsideplus.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis maraqlı oyun alındığını bildirib: "Bu gün futbolçular meydanda sonadək mübarizə apardılar. Matçın əvvəlində hər iki komanda həm müdafiədə, həm də hücumda çox diqqətli oynamağa üstünlük verirdi. Birinci hissədə gözləmədiyimiz anda qapımızda qol gördük. "Zirə"yə çempionatın ən intizamlı komandası desək, yanılmarıq. Ounçuların hər iki hissədə qarşılaşmaya yanaşması, çəkinmədən topla oynaması bizi razı saldı.
Hacıyev əvvəlki görüşlərlə müqayisədə oyunlarında inkişafın hiss edildiyini söyləyib:. "Bunu isə nəticəyə çevirmək bizim üçün olduqca çətindir. Heyətləri rəqiblərimizlə müqayisə edəndə ustalıq səviyyəsi açıq-aşkar hiss olunur. Rəqiblərin usta oyunçuları daha çoxdur. Amma bu gün futbolçular bunu meydanda hiss etdirməməyə çalışdılar. Futbolçulardan razı qaldım. Qısa müddətdə bərpa olunub, növbəti oyuna hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram". ( Report.az )