Rusiyalı iş adamı Roman Abramoviç Belarusa gəlib.

Offsideplus.az xəbər verir ki, o, Rusiya və Ukrayna arasında olan danışıqlarda iştirak etmək üçün bu səfəri reallaşdırıb. Bu barədə İsrailin "The Jerusalem Post" mətbuat orqanı məlumat yayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə İngiltərə höküməti Abramoviçin ölkəyə girişini qadağa qoymuşdu. Buna görə də o, "Çelsi"nin prezidentlik postundan ayrıldığını bildirmişdi.