Bir dönəm "Qalatasaray"da işləmiş Hamza Hamzaoğlu Türkiyə 2-ci liqasında çıxış edən "Eyüpspor"la anlaşıb.
Offsideplus.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssilə bağlanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Hamzaoğlunun son iş yeri Super Liqa təmsilçisi "Çaykur Rizəspor" olub.
O, 2014/2015-ci il mövsümündə "Qalatasaray"ı çalışdırıb.