Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, maraqlı nəticələrdən biri “Baker Tilly” – “Araz-Naxçıvan” oyununda qeydə alınıb. Cəmi 5 futzalçı ilə matça gələn ölkə çempionu hətta qapıçı Rövşən Hüseynlinin xidmətindən meydan oyunçusu kimi istifadə edib. Hüseynli isə görüşdə dubl edib, amma qələbəni İkinci Liqa təmsilçisi bayram edib. “Advokat” isə hesabda iki dəfə geri düşdüyü matçda “Alyans”ı son saniyələrdə vurduğu qolla yendi. “Bibi-Heybət” – “STAR kargo-2” görüşünün qalibi əlavə vaxtda müəyyənləşib və İkinci Liqanın iki təmsilçisinin qarşılaşmasını nominal meydan sahibləri qazanıb. Mərhələnin son oyunu “Neftçi” üçün yaxşı başlamayıb. “Atletiko Baku” ardıcıl qollar sayəsində hesabı xeyrinə dəyişib 3:1. Amma tədricən toparlanan Yüksək Liqa iştirakçısı qələbə qazanmağı bacarıb.
Advokat – Alyans (Lənkəran) 3:2
Baker Tilly – Araz-Naxçıvan 5:4
Bibi-Heybət – STAR kargo-2 10:8
Neftçi İK – Atletiko Baku 4:3
14 final mərhələsində isə bu cütlüklərin qalibləri üz-üzə gələcək:
Alyans Qrup –Bibi-Heybət
Baku Fire – Neftçi İK
EKOL –Baker Tilly
Advokat // Forza Neftçi – Xilə (oyunun nəticəsi barədə İntizam Komitəsi qərar verəcək)