Yerli mətbuatın xəbərinə görə, "Keşlə"nin futbolçusu Felipe Santos Bakıda kirayə qaldığı mənzildən çıxarılıb.

Buna səbəb klub rəhbərliyinin öz öhdəsinə götürdüyü evin bir neçə aydır icarə haqqını ödəməməsidir.

Məsələni dəqiqləşdirmək üçün "sambaçı"nın özü ilə əlaqə saxladıq.

25 yaşlı yarımmüdafiəçi Offsideplus.az-a açıqlamasında belə bir xəbərin doğru olmadığını vurğulayıb.

Qeyd edək ki, xəbəri ilk olaraq ( Futbol+ ) yayıb.

Cavid Əliyev