AFFA Azərbaycan millisinin "sükanı arxasına" yeni baş məşqçi gətirməyə hazırlaşır.

 Offsideplus.az Türkiyənin "Fotomaç" qəzetinə istinadən xəbər verir ki, qurum rəhbərliyi hazırda "Beşiktaş"ı çalışdıran Öndər Karavelini bu posta gətirmək niyyətindədir. Sözügedən nəşrin iddiasına görə, AFFA 47 yaşlı mütəxəssisə rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Karaveli 2019-2021-ci illərdə "Qarabağ" klubunda köməkçi məşqçi kimi işləyib. O, Sərgən Yalçının göndərilməsindən sonra "Beşiktaş"a rəhbərlik edir. Mütəxəssis bu mövsümün axırınadək "qara qartallar"ı çalışdıracaq.

Xatırladaq ki, millimizin hazırkı baş məşqçisi italiyalı Canni de Byazidir. Onunla daha 10 aylıq müqavilə imzalanıb.