Canluici Buffon hələ futbolu buraxmaq niyyətində deyil.

 Offsideplus.az xəbər verir ki,44 yaşlı qolkiper karyerasını ABŞ-da davam etdirə bilər. Bu barədə "90 dəqiqə"  məlumat yayıb.

Bildirilib ki, MLS klubları İtaliya millisinin sabiq üzvünə təklif göndrəməsə də, qapıçı özü Amerikada oynamağa müsbət yanaşır.

Qeyd edək ki, Buffon hazırda B Seriyasında çıxış edən "Parma"da forma geyinir.