"Zirə" klubu mövsümün ikinci yarısı üçün hazırlıqlara start verib.
Offsideplus.az xəbər verir ki, "qartallar" bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşqə çıxıb.
Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq "Zirə" qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.