"Keşlə"nin bir müddət əvvəl yollarını ayırdığı seneqallı sol cinah yarımmüdafiəçisi Omar Qudiabiyə təzminat ödəyəcəyi ilə bağlı suallara aydınlıq gəlib.
Bu məsələylə bağlı klubun mətbuat katibi Səbuhi Məmmədov ilə əlaqə saxladıq.
Klun sözçüsü Offsideplus.az-a açıqlamasında bunları deyib: "Əvvəlcə xalqımızı yeni il bayramı münasibətilə təbrik edirəm. Omarın müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə erkən xitam verdik. Məndə olan məlumata görə, ona yalnız dekabrın maaşı ödəniləcək".
Cavid Əliyev