Latviya millisinin baş məşqçisi Miksu Paatelaynen yığmamızla yoxlama oyunu öncəsi açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, bərabər səviyyəli matç keçəcəyini bildirib:
"Azərbaycan millisinin yaxşı komandadır. Onlar bura məğlub olmağa gəlməyib. Bizim də məqsədimiz qələbə qazanmaqdır Bərabər səviyyəli matçın olacağını düşünürəm”.
Qeyd edək ki, Riqada keçiriləcək Latviya - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.



