Xəbər verdiyimiz kimi, "Neftçi" sıralarını Eddi İsrafilovla gücləndirməyə hazırlaşır.
"Ağ-qaralar" 29 yaşlı hücumameyilli yarımmüdafiəçiylə danışıqlar aparır. Hazırda bəzi detalların razılaşdırılması prosesi davam edir. Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev verib. O, hələ tam razılığın əldə olunmadığını vurğulayıb:
"Hazırda Eddi ilə bəzi detalların razılaşdırılma prosesi gedir. Çox güman ki, transfer baş tutacaq. Ancaq hələ tam razılıq əldə olunmayıb".
Qeyd edək ki, millimizin sabiq üzvü 2019-cu ildən İspaniya Sequndasında mübarizə aparan "Albasete"nin formasını geyinir.