Xəbər verdiyimiz kimi, "Sabah" 36 yaşlı serbiyalı qapıçısı Saşa Stamenkoviçlə yolları ayırıb.
Bu məsələni aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov ilə əlaqə saxladıq.
Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bunları dedi: "Saşa şəxsi məsələlərə görə klubdan ayrıldı. Özü bizə bu barədə müraciət etdi. Biz də onun fikrinə hörmətlə yanaşdıq. Bildiyiniz kimi, o, xeyli zamandır bizlə idi".
Cavid Əliyev