"Keşlə" klubunun qapıçısı Stanislav Namaşko bu gün Premyer Liqamızın 14-cü turunda "Sumqayıt"la səfər oyununda (1:3) zədələnib.
İkinci hissədə ayağından xəsarət alan 35 yaşlı moldovalı qolkiper 68-ci dəqiqədə Kamal Bayramovla əvəzlənib.
Onun son durumundan xəbər tutmaq üçün paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. O, qapıçının əzələsinin dartdığını və komandanın dövrələrarası fasilədəki toplanışınadək sıralara dönəcəyini bildirdi:
"Namaşkonun əzələsi dartılıb. Dövrələrarası fasilədə düzələcək. Komandamızın yanvarın 6-da toplanışı olacaq. O da həmin ərəfəyədək zədəsini bərpa edə biləcək".