“Sumqayıt”ın Prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub.
Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb. Beləliklə, N.Süleymanov qarşıdakı 2 mövsümdə “Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.