Millimizlə yoxlama oyunu keçirəcək Latviya yığması ardıcıl Baltika Kubokunun qalibi olub.

Offsideplus.az xəbər verir ki, komanda Litva yığması ilə görüşdə 1:1 hesablı heç-heçə sayəsində buna nail olub. Bununla da Latviya ardıcıl 4-cü dəfə bu turnirin qalibi olub.

Baltika Kubokunun ilk oyunlarında Latviya Estoniyanı evdə 1:0 hesabı ilə məğlub edib. Litva isə səfərdə estoniyalılara 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Latviya - Azərbaycan oyunu iyunun 9-da keçiriləcək.