Dekabrın 4-dən 6-dək Bakıda, 6-dan 10-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçəcək.

Offsideplus.az  AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız hazırlıq mərhələsində iki yoldaşlıq matçı keçirəcək. U-18 dekabrın 7-də və 9-da BƏƏ-nin  U-18 komandası ilə qarşılaşacaq.

 

Xatırladaq ki, hazırlıq prosesinə 25 futbolçu dəvət olunub. Hazırlıq mərhələsində aşağıda adları qeyd olunan futbolçular dəvət olunub:

Sahib Həsənov, Qurban Səfərov  ("Keşlə"), Xəyal Feyzullayev ("Sumqayıt"), Rəvan Kazımlı,Fariz Xeyrullayev, Hüseyn Məmmədzadə, Rüfət Abbasov, Bahadur Quliyev, Elcan Əbilov, Ağadadaş Salyanski     ("Neftçi"), Emin Rüstəmov, Məhəmməd Əliyev ("Səbail"),  İbrahim Ramazanov, Nuğay Rəşidov, İxtiyar Məmiyev, Şahin Şahniyarov, Fərid  Kələntərov   ("Qəbələ"), Sadiq Bagiev ("Kuban" Rusiya), Ayxan Süleymanlı, Mahmud Ağayev  ("Zirə"),  Nəriman Axundzadə, Nicat İsmayılov  ("Qarabağ"), Xəyal Əliyev, Şahmar Aşurov  ("Sabah"), Nahid Əliyev ("Moskovskaya zastava" Rusiya)