"Qarabağ"ın oyunçusu Patrik Andrade  millidə  növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu Kabo -Verde yığmasının heyətində Nigeriya ilə qarşılaşmada meydanda olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Adı çəkilən yarımmüdafiəçi start heyətdə matça başlayıb və 66-cı dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, Kabo-Verde yığması seçmə mərhələni 11 xalla  2-ci yerdə başa vurub.