Qətər millisinin baş məşqçisi Feliks Sançes sabah Azərbaycanla keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, oyunla bağlı bunları deyib:
- Bu qrupdakı komandalarla oynamaq asan deyildi, top-komandalarla qarşılaşdıq. Bizim üçün asan olmadı. Məqsəd dünya çempionatına yaxşı vəziyyətdə yollanmaqdı. Bir oyunumuz qalıb. Sabahkı matçdan da yararlanmağa çalışacağıq.
- Sabahkı oyunla bağlı gözləntiləriniz nədir? Qələbəni düşünürsünüz, yoxsa yoldaşlıq görüşü olduğu üçün çox yüklənməyəcəksiniz?
- Bizim Avropadakı hər oyuna rəsmi matç kimi baxırıq. Bütün matçlara nəticə üçün çıxırıq. Sabah da həmçinin qələbə qazanmaq istəyirik. Martda Macarıstandakı görüşə qələbə üçün çıxmışdıq, sabah da fərqli olmayacaq.
- Sabahkı matçda heyətdə dəyişikliklər olacaq?
- Bəli, bəzi dəyişikliklər olacaq. Bu gün son məşqimizi keçəcəyik. Məşqdən sonra özünü yaxşı hiss etməyən oyunçuları müəyyənləşdirdikdən sonra heyəti quracağıq