Baş məşqçi Tərlan Əhmədov və İqanasio Errera ilə yollarını ayıran “Neftçi” heyətini qorumaq uğrunda addımlar atır.

Offsideplus.az xəbər verir ki, müqaviləsi başa çatan Ruslan Abışovla yeni anlaşma imzalanıb.

Razılığa əsasən, kapitan qarşıdakı iki mövsümü də doğma klubunda keçirəcək.

 Qeyd edək ki, milli komandamızın da üzvü olan müdafiəçi ötən mövsüm meydana çıxdığı 27 oyunda 5 qol vurub.(apasport.az)