Bu gün Region Liqasında keçirilən "Göyəzən"(Qazax) - "Şəki" matçında maraqlı hadisə baş verib.
Belə ki, qonaq komanda oyuna məcburən "Göyəzən"in səfər formalarıyla çıxıb.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, şəkililərin öz formalarının gecikməsinə səbəb baş verən yol qəzası olub.
Bakıdan yola düşən və içərisində "Şəki"nin 4 əsas heyət oyunçusu ilə komandanın öz formaları olan avtomobil qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmayıb.
"Göyəzən" klubunun prezidenti Mehdi Salmanov isə 1 dəst formanı rəqibə verərək oyunun baş tutmasını təmin edib.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 7:3 hesablı qələbəsiylə başa çatıb.
"Şəki"nin öz formalarını təqdim edirik: