Bu gün Azərbaycan Premyer Liqası və Birinci Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2022/23-cü il Lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:
Ötən mövsümün qısa icmalı;
- Lisenziyalaşdırma qrupunun strukturunda baş vermiş dəyişikliklər;
- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat və təlimatlar;
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı.
- İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.