Sosial şəbəkələrdə "Neftçi"nin milli komandamızın iki futbolçusuna "elçi" düşdüyü barədə xəbərlər yayılıb.
Belə ki, "ağ-qaralar"ın "Qarabağ"dan qapıçı Emil Balayevi, "Sabah"dan isə yarımmüdafiəçi Aleksey İsayevi transfer etmək niyyətində olduğu qeyd olunub.
Məsələ ilə bağlı "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevə müraciət etdik. Klub sözçüsü Offsideplus-az-a açıqlamasında gündəmlərində belə bir məsələnin olmadığını bildirdi.
"Gündəmimizdə belə bir məsələ yoxdur. Ümumiyyətlə, bu məlumatdan xəbərsizik", - deyə Allahverdiyev söyləyib.