“Sabah” klubu baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub. "Sabah" Ramin Quliyevə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi.