“Qol vurduğuma görə çox xoşbəxtəm. Yığmadakı ilk qolumu ailəmə, dostlarıma və yaxınlarıma həsr edirəm”, - bu sözləri DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını Bakıda 3:0 hesabı ilə məğlub edən İrlandiya millisinin forvardı Çiedozi Oqbene deyib.
Offsideplus.az xəbər verir ki, Nigeriya əsilli futbolçu yığmada ilk qolunu da şərh edib: “İrlandiya üçün çox vacib gündür. Son zamanlar üzərimizdə təziq var idi. Səfərdə 3:0 hesabı ilə qalib gəlmək inanılmaz hissdir. Zaman-zaman Azərbaycan millisi bizə çətin anlar yaşatdı. Onlar topla çox yaxşı rəftar edirlər”.