Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığması komandamızla oyuna itkilərlə çıxa bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiven Kenni "otbsports.com"a açıqlamasında deyib.
O, iki futbolçusunun - Adam İda və Ceyson Naytın xəstələndiyini bildirib. Kenni hər iki futbolçunun təcrid olunmasına baxmayaraq, onların koronavirus testlərinin mənfi çıxdığını deyib:
"Onlar koronavirusa yoluxmayıblar. Yəqin, bu, səfərdən qaynaqlanan problemdir. Hər ikisinin yüksək hərarəti var və öz otaqlarında təcrid olunublar. Sadəcə, Nayt özünü daha pis hiss edir".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlayacaq.