Yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqiblərindən biri bəlli olub.

Offsideplus.az xəbər verir ki, yığmanın baş məşqçisi kimi ilk toplanışa yollanacaq Rəşad Sadıqovun müəyyənləşən ilk rəqibi Gürcüstan millisidi. Qonşu ölkə təmsilçisi ilə görüş yanvarın 23-də baş tutacaq. Bu oyun Antalyanın Lara bölgəsində keçiriləcək.

Bu matç Rəşdın yığmadakı debütü olmaya da bilər. Çünki sonradan dəqiqləşəcək rəqiblərlə oyunlardan biri və ya bir neçəsinin daha tez baş tutması mümkündü. Amma dəqiqləşən ilk rəqib olan Gürcüstandı ki, onun da baş məşqçisi üçün yığmada debüt Larada gerçəkləşəcək.

Rəşad kimi yığmaya yeni təyin olunub, ilk dəfə Türkiyə səfərinə çıxacaq mütəxəssis Sadıqov üçün tanış simadı. Rəqib komandanı Giya Tsetsadze çalışdırır ki, o da “Samtredia”nın baş məşqçisi kimi Sadıqovun futbolçu kimi şərəfini qoruduğu “Qarabağ”la görüşüb. 6 ay əvvəl Çempionlar Liqasında fərqli amplualarda rəqib olan cütlük bu dəfə yığmalar səviyyəsində görüşəcək.

Tsetzadze artıq yığmanın heyətini də açıqlayıb. O, Türkiyə toplanışına 24 oyunçu çağırıb:

Qapıçılar: Levan Şovnadze, Georgi Çoçişvili, Oto Qoşadze;

Müdafiəçilər: Roman Çaçua, Ani Çiçinadze, David Kobauri, Akaki Şulaya, Quram Qiorberidze, İrakli Komaxidze, Luka Qadrani, Georgi Kantariya, Avtandil Qudjabidze, Andro Qiorqadze;

Yarımmüdafiəçilər: David Samurkasov, Paata Quduşauri, Qabriel Saqirişvili, Nikoloz Başaleişvili, Georgi Xarebaşvili, Levan Maçaraşvili, Luka Nadiradze, İrakli Ruxadze;

Hücumçular: Beka Mikeladze, Vato Arveladze, Beka Kavtaradze.

apasport.az