Azərbaycan Premyer Liqasının 5-ci turu və I divizionun 3cü turundan sonra AFFA İntizam Komitəsinin qərarlarını sizə təqdim edirik. 

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın V turunun “Keşlə” – “Qarabağ” oyununda oyun bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur. (maddə 49.2)

25.09.2021-ci ildə Premyer Liqanın V turunun “Keşlə” – “Qarabağ” oyununda “Keşlə” klubunun baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur. (maddə 61.1)
 
25.09.2021-ci ildə Premyer Liqanın V turunun “Səbail” – “Zirə” oyununda matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur. (maddə 49.2)
 
25.09.2021-ci ildə Premyer Liqanın V turunun “Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
26.09.2021-ci ildə Premyer Liqanın V turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur. (maddə 51.2)
 
26.09.2021-ci ildə Premyer Liqanın V turunun “Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
28.09.2021-ci ildə I Divizionun III turunun “Kəpəz” – “Qarabağ-2” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna gec gəldiyinə görə meydan sahibi klub 160 manat cərimə olunur. (maddə 59.4)
 
28.09.2021-ci ildə I Divizionun III turunun “Kəpəz” – “Qarabağ-2” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
28.09.2021-ci ildə I Divizionun III turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda matçın 53-cü dəqiqəsində “Neftçi-2” klubunun 70 nömrəli futbolçusu Asim Əlizadə “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur. (maddə 36.1)
 
29.09.2021-ci ildə I Divizionun III turunun “Turan Tovuz” – “Sabah-2” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
29.09.2021-ci ildə I Divizionun III turunun “Turan Tovuz” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
29.09.2021-ci ildə I Divizionun III turunun “Zirə-2” – MOİK oyununda matçın 81-ci dəqiqəsində “Zirə-2” klubunun 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimə olunur. (maddə 41.3)
 
29.09.2021-ci ildə I Divizionun III turunun “Zirə-2” – MOİK oyununda oyun öncəsi MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur. (maddə 62.1)