Futbol üzrə Portuqaliya millisinin futbolçusu Ruben Diaş Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı müdafiəçi Canni De Byazinin başçılıq etdiyi kollektivin yaxşı oyun sərgilədiyini bildirib: "Azərbaycan millisinin İrlandiyaya qarşı matçını izlədik. Sabahkı oyunda diqqətli olmalı və konsentrasiyamızı itirməməliyik"