DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət edilib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev millinin heyətinə qoşulub.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.