"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın II turunun açılış matçında "Qəbələ"yə səfərdə 1:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfarnsında media nümayəndələrinin suallarını cavablandırıb.
Offsideplus.az sport24az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı oyun haqqında bunları deyib:
"Çempionata uğursuz başladıq, evdə uduzduq. Bundan sonra səfərdə "Qəbələ"yə qalib gəlmək istəyirdik. Ancaq bu gün ilk hissədə istədiyimiz futbolu oynaya bilmədik. İkinci hissədə rəqibə təzyiq yaratdıq. Nəticədə qol vurduq, qol imkanlarımız oldu. Ancaq istənilən halda, məğlubiyyət aldıq. Çempionatın startı bizim üçün əlbəttə ki, ürəkaçan deyil. Qarşımızda uzun fasilə var. Çalışacağıq ki, komanda toparlansın. Çempionat oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Çox danışılası bir şey yoxdu".
- Futbolçunuz Şəhriyar Əliyevin qırmızı vərəqə aldığı epizodu necə şərh edərdiniz?
- Qayda pozuntusu vardı, rəqib arxada Şəhriyarı itələdi, ancaq hakim cərimə zərbəsi vermədi. Bundan sonra futbolçumuz bir az aqressivləşdi. Oyunun son dəqiqələri idi və hərəkəti qırmızı vərəqəyə gətirib çxıardı.
- Yəni, qeyri-etik ifadə işlətməyib Əliyev?
- Yox, sadəcə, aqressivlik elədi ki, niyə vermədin "fol"u - orda vermirsən, burda verirsən. Baş hakim də belə qərar verdi. Hakimlik haqda da çox danışmaq istəmirəm. Sadəcə, epizoda baxmaq lazımdı ki, nəyə görə qayda pozuntusu vermədi. Mənə elə gəldi ki, "Qəbələ"nin futbolçusu Şəhriyarı itələdi, cərimə zərbəsi gözləyirdik. Ancaq qapımıza əks-hücum gördük.
- Konfrans Liqasını da nəzər alsaq, artıq 4 rəsmi matç keçirsmisiniz və hamsını uduzmusunuz. Fasilədə əsas diqqət yetirməli olduğunuz məqamlar hansılar olacaq?
- Komanda yenidi, hansısa oyun üslubunu aşılamağa çalışırıq. Amma istənilən halda, uduzduğun halda psixoloji faktor ön plana çıxır. Bir az tələskənlik, bir az daha tez qol vurum, müdafiəni unudum - belə hallar yaşamaqdayıq. Çalışacağıq ki, məhz bunu ortadan qaldıraq.
- Uğursuz startın səbəbi özünüzə aydındı? Konfrans Liqasıyla bağlı hazırlığa ən tez başlayanlardan biri siz oldunuz...
- Əlbəttə, ilk oyunu götürsək, futbolçularımız yaxşı oynadılar. Qol imkanlarımız daha çox oldu, reallaşdıra bilmədik. Deməzdim ki, hazırlıqla bağlı belə bir problem var. Çünki komandamız çempionata istənilən halda, tam da olmasa, 60-70 faiz hazır görünür. Ancaq əlbəttə, uğursuzluq var. Futbolda belə hallar yaşanır. Uduzduqca psixoloji gərginlik artır və bu boşluğu aradan qaldırmaq istəyirik.
- Mətbuatada yazılanlara görə, komandanızda maaş problemi var və bu, futbollarda ruh düşkünlüyü yaradır..
- Maaş problemimiz yoxdu. Futbolçular öz məvaciblərini alıblar. İnanmıram ki, bu, oyunumuza təsir eləsin.