Futbol üzrə Venesuela millisi baş məşqçisi Joze Pezeyru ilə yollarını ayırıb.
Offsideplus.az Venesuela Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis köməkçiləri ilə birlikdə maaşı gecikdiyi üçün ayrılmaq qərarına gəlib.
Xatırladaq ki, Joze Pezeyru 2020-ci ilin fevralından yığmaya rəhbərlik edib.