Polşanın "Visla" klubu Anton Krivotsyuka görə "Neftçi"yə ödəniş edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Kamran Quliyev "Neftçi TV"yə müsahibəsində deyib. Belə ki, "ağ-qaralar" 23 yaşlı müdafiəçiyə görə "Visla"dan 70 000 avro yetişdirmə haqqı alacaq.
"FIFA qaydalarına görə, "Neftçi"yə yetişdirmə pulu ödənilməlidir. Anton bizə desəydi ki, həmin məbləği almayın, qarşımda hər hansı sədd olmasın, biz razılaşacaqdıq. Amma o, klubundan tələb etdi ki, mənə görə "Neftçi"yə yetişdirmə haqqı ödəyin. Artıq müqavilə bağlanılıb, bizə 70 000 avro ödəniləcək".
Qeyd edək ki, ötən mövsüm "Neftçi"ni tərk edən Anton Krivotsyuk "Visla" ilə 3+1 illik müqavilə imzalayıb.