AFFA-nın İcraiyyə Komitəsi videokonfrans formatında növbəti iclasını keçirəcək.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2022-ci ilin fevral ayından etibarən VAR (video köməkçi hakim) sisteminin tətbiqi, Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi, 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, onlayn görüş avqustun 19-da baş tutacaq.