Futbol üzrə Moldova milli komandasının baş məşqçisi Roberto Bordin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Avstriya (1 sentyabr), Şotlandiya (4 sentyabr) və Farer adaları (7 sentyabr) ilə keçiriləcək oyunlar üçün yığmanın heyətini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, dəvət olunanların siyahısında "Keşlə"nin şərəfini qoruyan Stanislav Namaşko da var. Təcrübəli qolkiper Azərbaycan Premyer Liqasının 2-ci turundan sonra millinin düşərgəsinə yollanacaq.