"Neftçi" klubu Tükiyə "Bursaspor"una keçən Namik Ələskərovla bağlı açıqlama yayıb.
Offsideplus.az həmin açıqlamanı sizə təqdim edir:
“Neftçi” PFK, futbolçumuz Namik Ələskərovla bağlı “Bursaspor” klubunun rəsmi müqavilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdır. Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib. Bunu əsas alaraq “Neftçi” PFK futbolçusu Namik Ələskərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib.