Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının 3-cü təsnifat mərhələsindən sonra UEFA reytinqi açıqlanıb.


Offsideplus.az xəbər verir ki, hal-hazırda ölkəmizin aktivində 14,125 xal var və ümumi reytinq sıralamasında 30-cu pillədə qərarlaşmışıq.

Azərbaycanı 1 pillə qabaqlayan Polşanın 14,250 xalı var. Ən yaxın izləyicimiz olan Slovakiya isə bizdən yalnız 0,125 xal geridədir.

Qeyd edək ki, Azərbaycanın 2 təmsilçisi - "Neftçi" və "Qarabağ" - avrokuboklarda mübarizəni davam etdirirlər.