Pandemiya ilə əlaqədar hər hansı ləngimə baş verməzsə, 2022-ci ilin fevralından Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər.

Offsideplus.az-ın məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov hakimlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, artıq tender məsələləri öz həllini tapıb. Məmmədov bildirib ki, yerli çempionatda bu sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: "Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər".

Qeyd edək ki, daha əvvəl Azərbaycanda VAR sisteminin 2022/2023 mövsümündən tətbiq olunacağı bildirilib.