Millimizin çalışdırıcısı Canni De Byazi Ukrayna yığmasının baş məşqçi vəzifəsinə namizədlər siyahısına daxil edilib.

Offsideplus.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə əcnəbi namizədlər sırasında italiyalı mütəxəssislə yanaşı,  Yurgen Klinsmann da var. Ukrayna Futbol Federasiyası yerli məşqçilər Sergey Rabrov və Miran Markeviçlə birgə, sözügedən əcnəbi çalışdırıcıların da namizədliyinə baxır.

Qeyd edək ki, Andrey Şevçenko avqustun 1-i Ukrayna millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.