"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane ispaniya klubunun maraq dairəsindədir.
Offsideplus.az xəbər verir ki, qvineyalı futbolçu "Levante"nin diqqətini çəkib.
La Liqa klubunun 2 meneceri futbolçunu izləmək üçün "Neftçi"nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos"la keçirdiyi ilk oyununu (1:0) stadiondan izləyib. "Levante" nümayəndələrin Kane ilə bağlı təəssüratları müsbətdir.
İspaniya klubu futbolçunun transfer məbləğindən də xəbərdardır. Bakı klubunun prezidenti Kamran Quliyev Kanenin transferi qiymətinin 1 milyon dollar olduğunu açıqlayıb. Lakin "Levante" futbolçu üçün maksimum 300 min avro nəzərdə tutub(sportinfo.az).