Hazırda "Qarabağ" klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FİFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.
Offsideplus.az xəbər verir ki, bununla bağlı bu gün FİFA-dan AFFA-ya müvafiq məktub daxil olub.
Qeyd edək ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FİFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.