Avstriyada toplanışda olan "Qarabağ"ın futbolçusu Xayme Romero azarkeşlərin stadionlara buraxılması barədə məmnunluğunu dilə gətirib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bu barədə klubun rəsmi saytına açıqlama verib.
"Hazırlığımız tam istədiyimiz kimi gedir. Bütün futbolçular motivasiyalıdır və hər kəs böyük həvəslə çalışır. Hamı tez bir zamanda pik formaya çatmaq istəyir. Çox həvəsliyik və rəsmi oyunların başlamasını səbirsizliklə gözləyirik. Sevindirici haldır ki, avrokubok oyunlarımıza azarkeşlər də gələcək. Ötən mövsüm onların yoxluğunu hiss etdik. Futbolu azarkeşlər üçün oynayırıq. 50 faizə qədər azarkeşin tribunalara buraxılması müsbət haldır. Bu, bizi daha da həvəslindirəcək. Bu xəbərə çox sevindim. İnanıram ki, qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyik. Onların dəstəyinə ehtiyacımız var".
Qeyd edək ki, Azərbaycan klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.