"Qarabağ" "Vitoriya"nın qanalı futbolçusu Abdul-Aziz Yakubu ilə razılığa gəlib.
Offsideplus.az "O Jogo" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu dünən Ağdam təmsilçisinin təlim-məşq toplanışı etdiyi Avstriyaya yollanıb. "Qarabağ"ın qarşılığında 1 milyon avro ödəyəcəyi futbolçu ilə müqavilənin son detalları müzakirə olunacaq.
Yakubunun "Qarabağ"la 4 illik müqavilə bağlayacağı bildirilir. Gimaraynş təmsilçisi qanalı futbolçunun növbəti satışından əlavə bonus qazanacaq.
Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.




